Qarabağa həyatın qayıtması ilə yanaşı artıq birincilər də məktəbə gedir.
İnsanoid.com xəbər verir ki, İşğaldan azad edilən və həyatın yenidən canlandığı ərazilər artıq məktəblilərin səsi ilə də canlanır və doğma yurdlarına qayıdan soydaşlarımızın uşaqları yeni tədris ilini öz yurdlarında qarşılayırlar.
Təkcə bu tədris ilinin əvvəlində Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocavənd və Zəngilan ərazilərində daha 15 yeni təhsil müəssisəsi (4 məktəb və 11 bağça) qapılarını uşaqların üzünə açıb. İlin sonuna qədər köç prosesinə paralel olaraq yeni məktəblərin açılışı da planlaşdırılır.