top
Tənqid nə vaxt qəddarlığa çevrilir?
21 iyul 2026, 19:30
- ↺ +

Tənqid nə vaxt qəddarlığa çevrilir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son baxdığım sənədli filmlərdən birində Vyetnam müharibəsində iştirak etmiş ABŞ-li bombardmançı pilot Rendi Floydun hekayəsindən bəhs edilirdi. Sonradan bu hekayənin izi ilə araşdırma apararkən onun həyatında dönüş nöqtəsinə çevrilən bir hadisə ilə tanış oldum.

Floyd verilən tapşırıqları yerinə yetirir, xəritədə göstərilən ərazilərin üzərinə bombalar yağdırır və bazaya qayıdırdı. İllər sonra etiraf edir ki, həmin vaxt onun üçün bütün bunlar sadəcə xəritədə verilmiş koordinatlardakı bir nöqtəni silməkdən ibarət olub.

Bir gün ona bağlamada "Life" nəşri göndərirlər. Jurnalı vərəqləyərkən bombaladığı yerlərin fotolarını – yanmış uşaqları, dağılan evləri, məhv olmuş kəndləri görür. Məhz o an anlayır ki, xəritədə yoxa çıxan "nöqtələr" əslində insanların ailələri, həyatı, arzuları imiş. O vaxta qədər bunu düşünməmişdi. Çünki səmadakı buludlar vicdanı üçün pərdə rolunu oynamışdı. Yuxarıdan baxanda nə insanların üzünü görürdü, nə fəryadlarını eşidir, nə də atdığı bombaların hansı həyatı paramparça etdiyini hiss edirdi. Floyd elə həmin gündən həyatını ədalət uğrunda mübarizəyə həsr edir.

Floydu bombalar yox, gördüyü şəkillər dəyişdi. Çünki ilk dəfə idi ki, etdiyi hərəkətin nəticəsi ilə üz-üzə qalırdı.

Amma bu hekayə Vyetnam müharibəsi ilə bitmir. Əslində, hər gün fərqli formada təkrarlanır. Məsələ müharibədə deyil. Bu gün də çoxumuz fərqinə varmadan eyni yanılmanı yaşayırıq. Çünki gündəlik həyatda atdığımız görünməyən "bombalar" da heç də təsirsiz ötüşmür.

Bunun ən sadə nümunəsi sosial şəbəkələrdə yazdığımız şərhlərdir.

Kiminsə görünüşünə, danışığına, övladına, ailəsinə toxunan bir fikir yazırıq, sonra telefonu kənara qoyub həyatımıza davam edirik. Bizim üçün bu, cəmi bir neçə saniyəlik yazıdır.

Amma həmin sözün qarşı tərəfdə hansı izi buraxdığını bilmirik. Bəlkə bir valideynin qəlbi sınır, bir uşağın güzgüyə baxışı dəyişir, bir gəncin ömrü boyu daşıyacağı kompleks yaranır.

Ən təhlükəlisi də budur ki, biz sözlərimizi sanki buludların üstündən atırıq, amma onların yerə düşəndə nəyi dağıtdığını görmürük. Nəticəni görmədiyimiz üçün təsirini də kiçildirik. Eynilə Floydun xəritədə yalnız koordinatlar görməsi kimi.

Son günlər bir reklam ətrafında yaşananlar bunu bir daha göstərdi. Reklamı bəyənməmək də olar, sərt tənqid etmək də. Çünki bu, ictimai məhsuldur. Amma müzakirələr getdikcə reklamdan uzaqlaşdı. Sosial şəbəkələrdə qəzəb aktyorun ailəsinə, hətta azyaşlı övladına qədər yönəldi. Uşağın görünüşü lağ obyektinə çevrildi, haqqında təhqiramiz ifadələr yazıldı.

Artıq söhbət tənqiddən getmirdi. Uşaq nə reklamın müəllifidir, nə də həmin qərarın iştirakçısı idi. Buna baxmayaraq, böyüklərin qəzəbinin ən müdafiəsiz hədəfinə çevrildi.

İnsan bəzən elə düşünür ki, ədaləti müdafiə edir. Ancaq qəzəb böyüdükcə hədəf də dəyişir. Bir müddət sonra məqsəd səhvi göstərmək deyil, qarşı tərəfi mümkün qədər incitmək olur.

Məhz həmin andan etibarən tənqid öz mahiyyətini itirir və qəddarlığa çevrilir.

Tənqid bir fikri, qərarı və ya davranışı hədəfə almalıdır. Qəddarlıq isə insanın ən həssas yerini axtarır. Tənqid düzəltməyə çalışır, qəddarlıq isə dağıtmağa.

Bəlkə də sosial şəbəkələrdə ən böyük ehtiyacımız daha çox söz demək deyil, yazdığımız bir cümlənin görünməyən nəticəsini təsəvvür edə bilməkdir. Çünki ömür boyu sağalmayan yara bəzən cəmi bir cümlədən, bəzən isə tək bir sözdən başlayır.

Amma Floydun hekayəsi başqa bir həqiqəti də xatırladır: ayılmaq üçün heç vaxt gec deyil. Yetər ki, xəritədəki nöqtələrin, bizim dünyamızda isə ekranın o biri tərəfində görünən profil şəkillərinin arxasında canlı insanların dayandığını unutmayaq.

Çünki vicdan - ən çox görmədiyi ağrı qarşısında susur.

Buludlar çəkiləndə isə bəzən geridə yalnız dağıntılar qalır.

Emilya Tağıyeva

Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Bu gün, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Bu gün, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Bu gün, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Bu gün, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Bu gün, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Bu gün, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Bu gün, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Bu gün, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Oxşar xəbərlər