top
Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq - FOTO
02 sentyabr 2026, 17:04
- ↺ +

Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı mötəbər "Alufar IRONMAN 70.3" triatlon yarışına hazırlaşır.

İdman.Biz xəbər verir ki, sentyabrın 5-də paytaxtımızda keçiriləcək yarışa 62 ölkədən 1500-dən çox iştirakçının qatılacağı gözlənilir.

Azərbaycan yarışda 123 idmançı ilə təmsil olunacaq.

"IRONMAN 70.3" yarışı kişilər və qadınlar arasında 13 yaş kateqoriyası üzrə keçiriləcək. Yarış 18–24, 25–29, 30–34, 35–39, 40–44, 45–49, 50–54, 55–59, 60–64, 65–69, 70–74, 75–79 və 80–84 yaş qruplarını əhatə edir. Ümumi iştirakçıların 807-si kişi, 197-si qadındır. Yarışın ən gənc iştirakçısının 18, ən yaşlı iştirakçısının isə 80 yaşı var.

"Alufar IRONMAN 70.3" çərçivəsində estafet yarışı da keçiriləcək. Kişilər, qadınlar və qarışıq komandalar arasında təşkil olunacaq yarışda ümumilikdə 47 komanda mübarizə aparacaq. Yarışın yekunlarına əsasən ən aktiv üç klub da mükafatlandırılacaq.

Xatırladaq ki, "IRONMAN 70.3" yarışında iştirakçılar 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21,1 kilometr qaçış mərhələlərini qət edəcəklər.

"IRONMAN 70.3 Baku" yarışında kişi və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-da keçiriləcək "IRONMAN 70.3" Triatlon üzrə Dünya Çempionatına vəsiqə qazanacaq.

"Alufar IRONMAN 70.3 Baku" tədbiri çərçivəsində sentyabrın 4-də uşaqlar üçün "IRONKIDS", eləcə də "Fun Run" qaçışları keçiriləcək. "IRONKIDS" yarışında 5–8 yaşlı uşaqlar 500 metr, 9–13 yaşlı iştirakçılar 1 kilometr, 14–17 yaşlı iştirakçılar isə 2 kilometr məsafə qət edəcəklər. 5 kilometrlik "Fun Run" qaçışında isə 18 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. Hər iki yarışa qeydiyyat hazırda davam edir.

Qeyd edək ki, yarışlar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutacaq.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət
22 oktyabr 2026, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
22 oktyabr 2026, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Cəmiyyət
22 oktyabr 2026, 16:49

Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Cəmiyyət
22 oktyabr 2026, 15:56

Keçəlliyə son-Yeni dərman sınaqdan uğurla keçdi

Siyasət
22 oktyabr 2026, 13:14

Paşinyandan sülh sazişi və növbədənkənar seçkilərlə bağlı açıqlama

Cəmiyyət
22 oktyabr 2026, 12:58

Keşikçidağla bağlı Azərbaycana qarşı yalan iddialar yayan jurnalist saxlanıldı

Cəmiyyət
22 oktyabr 2026, 12:35

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək

Cəmiyyət
22 oktyabr 2026, 12:34

Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq

Oxşar xəbərlər