top
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb
03 sentyabr 2026, 11:42
- ↺ +

Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var.

Həmin şəxslər Xaçmaz rayonunun Palçıqoba kənd sakini Valeh Hümbətov, əslən Tərtərdən olan, hazırda Bakıda yaşayan Rəşad İbrahimov və Şabran rayonundan olan Qədir Quliyevdir.

Valeh Hümbətovun anası Yeganə Hümbətova bildirib ki, oğlu ilə sonuncu dəfə hadisədən bir neçə saat sonra danışa bilib:



"Bir qızım, bir oğlum var. Oğlum Valeh Hümbətov 28 yaşındadır. Bakıda təhsil alıb. İlk dəfə idi ki, Türkiyəyə gəmiyə işləməyə getmişdi. Bundan əvvəl yük gəmisində 5 ay müddətində matros kimi çalışıb. Bir ay olardı ki, sərnişin gəmisinə keçmişdi. Elə hər iki gəmi eyni şirkətə məxsusdur. Bu ay rayona qayıtmalı idi".

Y.Hümbətova bildirib ki, gəmi qəzası zamanı oğlu nişanlısına batdıqları barədə qısa məlumat verib:

"Nişanlısı bizə xəbər verdi. Qəzadan bir neçə saat sonra ona yığdım, dedi ki, camaatı xilas edirlər, quruya çıxanda yığacaq. Bir dəfə çox qısa danışdıq. Ondan sonra bir dəfə nişanlısı ilə danışıb, deyib ki, onları nəzarətə götürürlər. Ondan sonra əlaqəyə keçə bilmirik".

Saxlanılan digər Azərbaycan vətəndaşı Rəşad İbrahimovun (2006-cı il təvəllüdlü) bacısı Türkan Təhməzova bildirib ki, qardaşı 20 gün idi Şimali Kiprə gəmidə işləmək üçün getmişdi.



"Bu hadisəyə qədər ancaq telefonda görüntülü danışmışdıq. Qəza günü onu işə düzəldən şirkətdən mənim həyat yoldaşıma zəng gəlib və hadisə ilə bağlı məlumat verilib. Həmin gün mənim bacımın nişanı idi və ona görə həyat yoldaşım hadisə ilə bağlı bizə məlumat verməyib".

T.Təhməzova qeyd edib ki, ilkin olaraq səhvən çoxlu sayda ölünün olması barədə məlumat yayılmışdı:

"Yoldaşım elə bilirdi ki, qardaşım da batanlar arasındadır və şirkət ona düzgün məlumat vermir. Sonradan yoldaşım yenə də həmin şirkətlə əlaqə saxlayıb və mənim qardaşımın sağ olmasını məlumatını təsdiqlədib. Qardaşımın bütün şəxsi əşyaları, o cümlədən mobil telefonu batıb. Sonradan mənim həyat yoldaşım ekipaj üzvü olan digər azərbaycanlının telefonu vasitəsilə Rəşadla danışıb. O xəstəxanada olduğunu qısa danışıq zamanı bildirib".

T.Təhməzova bildirib ki, qardaşının saxlanıldığını digərləri kimi sosial şəbəkələrdən biliblər və qardaşının qolu qandallı olduğunu görüblər.

"Biz onu işə düzəldən şirkətlə danışdıq və onlar da bildirdilər ki, həbs xəbəri düzgün olsa da, Rəşadlıq bu məsələdə bir işin olmadığını, sadəcə olaraq insan tələfatının çox olması ilə bağlı normal prosedur qaydası olduğunu deyiblər. Rəşad vəkillə təmin olunub və biz də onunla əlaqə saxlayıb, son xəbərləri ondan alırıq".

Saxlanılan 3 şəxs - Qədir Quliyevin qardaşı Nurət Quliyev bildirib ki, hazırda onunla heç bir əlaqəyə keçə bilmirlər:

"Əslən Şabrandanıq və rayonda yaşayırıq. Qardaşımın 22 yaşı var. Ailədə 3 oğlanıq, Qədir ən böyüyümüzdür, subaydır. Aprel ayından eyni gəmidə çalışıb, vəzifəsi matros olub. Qəzadan sonra anama xəbər edib və deyib ki, gəmi batıb, lakin sağdırlar. Bildirib ki, onları izahat vermək üçün aparıblar".

Ailə üzvü bildirib ki, qardaşının olduğu gəmi şirkətindən atası ilə əlaqə saxlayıb, bildirib ki, narahatlığa əsas yoxdur.

Məlumat üçün bildirək ki, avqustun 30-da Şimali Kiprin Girnə sahillərində gəmi qəzaya uğrayıb. Son məlumatlara görə, qəza nəticəsində 240 nəfər xilas edilib, 8 nəfər ölüb və 19 sərnişin üçün axtarış-xilasetmə işləri davam etdirilir.



Mənbə: Report.az 

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət
22 oktyabr 2026, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
22 oktyabr 2026, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Cəmiyyət
22 oktyabr 2026, 16:49

Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Cəmiyyət
22 oktyabr 2026, 15:56

Keçəlliyə son-Yeni dərman sınaqdan uğurla keçdi

Siyasət
22 oktyabr 2026, 13:14

Paşinyandan sülh sazişi və növbədənkənar seçkilərlə bağlı açıqlama

Cəmiyyət
22 oktyabr 2026, 12:58

Keşikçidağla bağlı Azərbaycana qarşı yalan iddialar yayan jurnalist saxlanıldı

Cəmiyyət
22 oktyabr 2026, 12:35

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək

Cəmiyyət
22 oktyabr 2026, 12:34

Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq

Oxşar xəbərlər