top
Azərbaycan üçün tarixi gün: Avropa çempionatında bir neçə rekord göstərici qeydə alınıb
Bu gün, 17:05
- +

Azərbaycan üçün tarixi gün: Avropa çempionatında bir neçə rekord göstərici qeydə alınıb

Dünən, aprelin 9-da Portuqaliyanın Portimao şəhərində batut gimnastikası, ikiqat mini-batut və tamblinq (akrobatik cığırda) üzrə Avropa çempionatının ikinci yarış günü başa çatıb.

İdman.Biz Portuqaliyadan xəbər verir ki, Azərbaycan idmançıları bütün növlərdə növbəti mərhələyə vəsiqə qazanaraq bir neçə milli nailiyyətə imza atıblar.

Günün nəticələrini təqdim edirik.

Batut gimnastikası

Böyüklər arasında qadınların yarışında Selcan Maqsudova yarımfinala yüksəlib.

Kişilərin yarışında isə Azərbaycan batut tarixində ilk dəfə olaraq eyni anda iki idmançı – Maqsud Maqsudov və Hüseyn Abbasov Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.

Həmçinin tarixdə ilk dəfə olaraq Azərbaycan kişilərdən ibarət yığması (Maqsud Maqsudov, Hüseyn Abbasov, Əli Niftəliyev, Mehdi Əliyev) komanda yarışında Avropa çempionatının finalına yüksəlib. Seçmə mərhələdə idmançılar 5-ci yeri tutaraq İspaniya, Almaniya, Niderland, Danimarka və digər ölkələrin komandalarını qabaqlayıblar.

U-21 kateqoriyasında Nicat Mirzəyev yarımfinala çıxıb.

İkiqat mini-batut

Azərbaycan tarixində ilk dəfə olaraq yeniyetmələrdən ibarət ikiqat mini-batut yığması (Ammar Baxşəliyev, Ömər Qasımov, Nikita Kolesnikov, Fərhad Mustafayev) komanda yarışında Avropa çempionatının finalına yüksəlib.

Fərdi yeniyetmələr yarışında isə Ammar Baxşəliyev yarımfinala vəsiqə qazanıb. O, bir gün əvvəl batut gimnastikası üzrə də yarımfinala yüksəlmişdi.

Tamblinq

Tamblinq üzrə Azərbaycan yeniyetmələr yığması (İlham Məsimov, Sənan Rzazadə, Riad Cavadov) komanda yarışında finala yüksəlib.

Xatırladaq ki, yarışlar aprelin 12-dək davam edəcək.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 17:57

Eldar Mahmudovun oğlu üç ailənin evini dağıdır

Bütün Xəbərlər
Bu gün, 17:15

Xocavəndə qayıdan 101 yaşlı nənənin həyat hekayəsi: "Gəldim ki, toyumdu"

Bütün Xəbərlər
Bu gün, 15:54

Azərbaycan volebolunun ulduzu ana olub - Natalya Məmmədovanın AÇIQLAMASI

Bütün Xəbərlər
Bu gün, 15:46

MEDİA: Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlərin buraxılması ilə bağlı xəbərlər əsassız

Bütün Xəbərlər
Bu gün, 15:07

"Flora əyləşdiyimiz kabinetə gələrək pərdəni araladı, əsəbləşdim" — Keflənib kafeni bir-birinə qatdı

Bütün Xəbərlər
Bu gün, 13:17

Bakıda 16 dərəcə isti olacaq, rayonlara yağış yağacaq - PROQNOZ

Bütün Xəbərlər
Bu gün, 13:02

Azərbaycanda 6 kişi xanımının soyadını buna görə götürübmüş – SƏBƏBLƏR

Bütün Xəbərlər
Bu gün, 12:09

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər

Bütün Xəbərlər
Bu gün, 11:39

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiyanın tətbiqi son oxunuşda qəbul olunub

Bütün Xəbərlər
Bu gün, 11:17

Bakı aeroportu sərnişinlərə müraciət edib

Bütün Xəbərlər
Bu gün, 10:59

AMEA: Bəzi qoşmaların Qasım bəy Zakirə aid olmadığı aşkarlanıb

Bütün Xəbərlər
Bu gün, 10:55

Qanunsuz torpaq satan Fatmayı bələdiyyəsinin sədri barəsində cinayət işi işi başlanılıb

Bütün Xəbərlər
Dünən, 16:41

Maştağada gəlinini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bütün Xəbərlər
Dünən, 13:47

Olimpiya medalları bərpa olunan idmançılar məqsədlərini açıqladı

Bütün Xəbərlər
Dünən, 13:05

Azərbaycan idmançılarının xarab olmuş medalları yenilənib

Bütün Xəbərlər
Dünən, 12:01

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib

Bütün Xəbərlər
Dünən, 11:59

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

Siyasət
Dünən, 11:42

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

Bütün Xəbərlər
Dünən, 11:24

Anatoli Banişevskinin yubiley poçt markaları dövriyyəyə buraxılıb

Bütün Xəbərlər
Dünən, 09:18

Bakıda 6 narkokuryer saxlanılıb, 72 kq narkotik dövriyyədən çıxarılıb

Cəmiyyət
08 aprel 2026, 17:35

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Bütün Xəbərlər
08 aprel 2026, 17:26

Çəhrayı arena, gimnastlarla məşq və Avropa Çempionatının startı - Portuqaliyadan REPORTAJ

Bütün Xəbərlər
08 aprel 2026, 16:32

TƏBİB-lə bağlı müəmmalara son - Rəhbərliyə surpriz təyinat

Oxşar xəbərlər