550 000 dollarlıq Ferrari sürən türkiyəli 3 yaşlı Zayn Sofuoğlu fenomenə çevrilib. Bu barədə 6 aprel tarixində İnsanoid xəbər verir.
Uşağın valideyinləri tərəfindən idarə olunan İnstagram səhifəsinin 1,1 milyon izləyicisi var. Zayn atasına məxsus müxtəlif növ avtomobilləri idarə edir və ilk dəfə motosikleti 18 aylıq olarkən sürüb. O, həmçinin peşəkarcasına dron da idarə edə bilir.
Zayn Sofuoğlu artıq bir neçə dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Məşhurlaşan uşağın atası Kənan Sofuoğludur. O, supersport (dairəvi şose motoyürüşü) üzrə beşqat dünya çempionu kimi tanınır.
[playlist type="video" tracklist="false" ids="111771"]