Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla rəsmi nikahda olmadığını açıqlayıb.
İnsanoid.com xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı videoda bildirib ki, evliliklərinin 27-ci ildönümünə yaxınlaşsalar da, de-yure evli deyillər. Paşinyan qeyd edib ki, nə rəsmi, nə də dini nikahları var və münasibətləri ümumi övladları sayəsində möhkəmdir. Anna Akopyan isə 17 yaşından həyatını Paşinyanla bağladığını əlavə edib.