ABŞ-nin sabiq prezidenti Bill Klinton yüksək temperatur səbəbindən xəstəxanaya yerləşdirilib.
İnsanoid.com ABŞ KİV-lərinə istinadən xəbər verir ki, bu barədə keçmiş prezidentin köməkçisi Anxel Urenanın jurnalistlərə verdiyi açıqlamada bildirib.
Məlumata görə, 78 yaşlı Bill Klinton qızdırmasının yüksəlməsindən sonra müayinə və müşahidə üçün MedStar Georgetown Universitet Xəstəxanasına yerləşdirilib.
Urena bildirib ki, prezidentin vəziyyəti yaxşıdır" və o, Milad bayramına qədər evə qayıtmağı ümid edir.