ABŞ-ın 1977–1981-ci illərdə prezidenti olmuş, Demokrat Partiyasından olan Cimmi Karter 100 yaşında vəfat edib.
İnsanoid.com xəbər verir ki, seçilmiş prezident Donald Tramp və hazırkı dövlət başçısı Co Bayden onun ailəsinə başsağlığı veriblər. Keçmiş siyasətçi ilə vida mərasimi Vaşinqtonda keçiriləcək.
Məlumata görə, keçmiş dövlət başçısı dekabrın 29-da Corciya ştatının Pleyns şəhərində öz evində keçinib.