ABŞ Rusiyanın Ukrayna ərazisinə “Oreşnik” ballistik raketini buraxacağını gözləyir
ABŞ-ın Milli Təhlükəsizlik Şurasının əməkdaşı "Financial Times" qəzetinə açıqlamasında bildirib ki, Rusiya yaxın günlərdə Ukrayna ərazisinə "Oreşnik" ballistik raketini buraxa bilər.
"Çox mümkündür ki, Rusiya bunu yaxın günlərdə edəcək," - deyə o vurğulayıb.
Onun sözlərinə görə, ABŞ hakimiyyəti Rusiyanın bu addımını Ukrayna hakimiyyəti və onun tərəfdaşlarını qorxutmaq üçün istifadə olunan bir təzyiq vasitəsi kimi qiymətləndirir.
İki gün əvvəl Bloomberg və Associated Press agentlikləri də ABŞ rəsmisinə istinadən raketin tezliklə buraxılacağı barədə xəbərdarlıq etmişdi.