AZAL-a məxsus təyyarənin Rusiya hava hücumundan müdafiə sistemi vasitəsilə vurulmasından sonra sosial şəbəkələrdə #Rusiyaüzristə adlı həştəq geniş yayılıb.
İnsanoid.com xəbər verir ki, sosial şəbəkə istifadəçiləri bu həştəq altında təyyarə qəzasına görə Rusiyanın məsuliyyət daşıdığını vurğulayır və hadisəyə dair etirazlarını ifadə edirlər.
Azərbaycan ictimaiyyəti, xüsusən sosial media istifadəçiləri, bu faciənin qəsdən törədildiyini iddia edərək Rusiyadan rəsmi üzr və təzminat tələb edir. Hadisə Azərbaycan və Rusiya arasında siyasi gərginliyə səbəb olub.
Rusiya tərəfi hələlik bu ittihamlara rəsmi cavab verməyib.
[gallery size="full" ids="212133,212134,212135"]