Cənubi Koreya prezidenti Yun Sok Yolun ölkədən çıxışına qadağa qoyulub.
İnsanoid.com "Yonhap"a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi qərar çıxarıb.
Bildirilib ki, buna səbəb ölkə başçısının qanunsuz olaraq hərbi vəziyyət rejimi barədə qərar verməsidir. Bu səbəbdən prezident dövlətə xəyanətlə ittiham edilir.
Ölkə qanunlarına əsasən, prezidentin toxunulmazlıq hüququ məhz bu ittihamlara şamil edilmir.