Kabildə Qaçqınlar Nazirliyində kamikadze hücumu baş verib.
İnsanoid.com xəbər veirir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin rəsmiləri məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində Talibanın qaçqınlar üzrə naziri Xəlil Haqqani həlak olub. Partlayış zamanı digər şəxslərin xəsarət alıb-almadığı barədə məlumat verilməyib.
Hadisəyə görə hələlik heç bir qrup məsuliyyəti üzərinə götürməyib. Hücumla bağlı araşdırmalar davam edir.