Ermənistan hökumət komandası deyir ki, növbəti seçkilərdə baş nazir postuna Nikol Paşinyanın xanımı Anna Akopyanın namizədliyi irəli sürüləcək.
Bu barədə "Hraparak" nəşri məlumat yayıb.
"Hökumətdə onun ofisi, işçi heyəti və PR komandası var. O, nəinki yerli və xarici qonaqları qəbul edir, müxtəlif tədbirlər təşkil edir, həm də heç bir vəzifəsi olmadan dövlətin kadr siyasətini özü həll edir. “Vətəndaş Müqaviləsi” partiyasının üzvlərinin sözlərinə görə, son kadr dəyişiklikləri onun ssenarisinə uyğun aparılıb. Ancaq bir şeyi nəzərə almadılar: Anna Akopyanın anti-reytinqi Nikol Paşinyanınkından daha yüksəkdir”, - nəşr qeyd edib.