Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Malta vizasının hansı səbəbdən ləğv edildiyi açıqlanıb.
APA-nın xəbər verir ki, bu barədə “Times of Malta” qəzeti yazıb.
Nəşrin yazdığına görə, Zaxarovanın Maltaya vizası Latviya, Litva və Estoniyanın etirazları səbəbindən ləğv edilib.
Qeyd edək ki, dekabrın 4-də Sergey Lavrovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ATƏT Xarici işlər nazirləri şurasının iclasında iştirak etmək üçün Moskvadan Valletaya yola düşməzdən dərhal əvvəl Rusiya Xarici İşlər Nazirliyinə məlumat verilib ki, Malta Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarovaya artıq verilmiş vizanı ləğv edib. Rəsmi Valleta “bizdən asılı olmayan səbəblərə görə” ifadəsi ilə Zaxarovanın vizasını ləğv edib.
Rusiya XİN bunu görünməmiş hadisə adlandırıb.