Tailandda monastrların birində Buddanın 12 metrlik heykəli insanların üzərinə düşüb.
İnsanoid.com xəbər verir ki, bu barədə “The Thaiger” məlumat yayıb.
Bildirilir ki, rahiblər Amnatçaren əyalətindəki monastrda 12 metrlik heykəl quraşdırıblar. Onlar qəlibləri çıxaranda Buddanın heykəli qəfil yerə aşıb. Altı rahib dağıntılar altında qalıb. Dağıntılar altında qalan bir nəfəri xilas etmək mümkün olmayıb, digər rahiblər xəsarət alıblar.
Yerli sakinlərin sözlərinə görə, heykəl şər ruhların təsirindən dağılıb. Onlar iddia edirlər ki, Budda heykəlinin tikintisi zamanı bir neçə qəza baş verib.