ABŞ-da McDonald’s restoranlarında Taylor Farms tərəfindən təchiz edilən təzə doğranmış soğanın E. coli infeksiyasına səbəb olduğu müəyyən edilib.
İnsanoid.com ABŞ mediasına istinadən xəbər verir ki, nəticədə, 12 ştatda 90 nəfər xəstələnib, 27 nəfər xəstəxanaya yerləşdirilib və bir nəfər həyatını itirib.
McDonald’s bu soğanları menyulardan çıxarıb və E. coli test nəticələri neqativ çıxdıqdan sonra Quarter Pounder satışlarına yenidən başlayacağını açıqlayıb.