Abxaziyada Rusiya ilə imzalanmış investisiya sazişinə qarşı etirazlar davam edir.
İnsanoid.com Rusiya mediasına istinadən xəbər verir ki, etirazçılar parlament binasının pəncərələrindəki barmaqlıqları qıraraq içəri daxil olublar. Parlament və hökumət üzvləri binaları tərk ediblər.
Bəzi hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qoşulub. Parlament binası qarşısında hüquq-mühafizə orqanları gözyaşardıcı qaz tətbiq ediblər.