Bu gün sosial şəbəkələrdə meyxanaçı Ağa Maştağalının ölüm xəbəri yayılıb. Söz ustasının qəza nəticəsində dünyasını dəyişdiyi iddia olunurdu.
BakuPlus.az-ın əməkdaşı yayılan xəbərin doğru olub-olmadığını dəqiqləşdirmək üçün onun ən yaxın sənət dostu Ağamirzə Məmmədov ilə əlaqə saxlayıb.
A.Məmmədov qeyd edib ki, Ağa Maştağalının ölüm xəbəri ilə bağlı yayılan xəbərlər yalandır:
“Yayılan məlumatlardan xəbərdaram. Həqiqəti əks etdirmir. Ağa Maştağalı sağdır. Qəza hadisəsi də baş verməyib. Ümumiyyətlə heç bir hadisə olmayıb. Əlaqə saxlamışam, belə bir hadisə olmayıb. Hər şey qaydasındadır. Səhhəti ilə bağlı heç bir problem yoxdur. Çox yaxın dostumdur. Sağ-salamatdır”.
Nəzrin Vahid