Ağcabədi sakinini ildırım vuraraq öldürüb. Bu barədə 26 sentyabr tarixində APA məlumat verib.
Hadisə rayonun Gələbədin kəndində qeydə alınıb.
1983-cü il təvəllüdlü Samir Əkbərov özünə məxsus torpaq sahəsində təsərrüfat işləri görərkən ildırım vurması nəticəsində ölüb.
Araşdırma aparılır.