Yuventusun rəsmi İngilis dilindəki "X" hesabı, gənc türk futbolçusu Arda Gülerin transfer edildiyini açıqladı.
İnsanoid.com xəbər verir ki, qısa müddət sonra Yuventusun İtalyan dilində olan hesabı açıqlama verərək, sosial media hesablarının oğurlandığını bəyan edib.
İtalyan hesabından yayımlanan məlumata görə, Yuventusun sosial media hesabları kiber hücuma məruz qalıb və transfer xəbəri səhv məlumat nəticəsində paylaşılıb. Klub, məsələ ilə bağlı araşdırmaların davam etdiyini bildirib.
Arda Gülerin transferi ilə bağlı hələlik rəsmi təsdiq yoxdur.