Xalq artisti Aygün Kazımovanım “İnstagram” profilinin yenidən oğurlandığı iddia edilib.
İnsanoid.com xəbər verir ki, sənətçinin profilində ona məxsus olmayan şəkillər paylaşılıb.
İzləyicilər şərh bölməsində onun səhifəsinin oğurlandığını bildirib.
[caption id="attachment_208860" align="alignnone" width="167"]
Screenshot[/caption]
Xatırladaq ki, bu ilin yanvar ayında da sənətçinin profilində oxşar hadisə baş vermişdi. Səhifəni ələ keçirən şəxslər müğənnini şantaj edib, ondan 10 min avro pul istəmişdilər.