Paytaxtda uşaq oğurluğuna cəhd etmək istəyən şəxs peyda olub.
Hadisə ötən gün Ramana ərazisində baş verib.
Məsələ ilə bağlı Milli.Az-a bildirilib ki, məktəblini oğurlamaq istəyən şəxsi görən ətrafdakı vətəndaşlar reaksiya göstəriblər.
Onların reaksiyası sayəsində azyaşlı qurtularaq qaça bilib. Oğru isə qorxub ərazini tərk edib.
Məktəblini oğurlamaq istəyən şəxsin görüntüsü təhlükəsizlik kameralarına düşüb.
Uşağın atası Seyidov Kamil Milli.Az-a bildirib ki, onun 14 yaşı var, o, özü qaçaraq polisə məlumat verib. Hazırda polis idarəsindədirlər, araşdırma aparılır.
![]()