top
Baku Electronics, ABC Telecom və Trust Lux alıcıları aldadırmış
18 noyabr 2025, 04:10
- ↺ +

"Baku Electronics", "ABC Telecom" və "Trust Lux" alıcıları aldadırmış

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Antimonopoliya və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti rəqabət qanunvericiliyinin tələblərini pozduqlarına görə altı təsərrüfat subyekti barəsində tədbirlər görüb.

Qurumdan İnsanoid.com-a verilən məlumata görə, daxil olan şikayətlər əsasında “Baku Electronics” MMC, “ABC Telecom”, “Trust Lux”, həmçinin fərdi sahibkarlar Pərviz Quliyev, Vüsal Qurbanov və Dadaş Vəliyev barəsində ilkin araşdırma aparılıb. Yoxlamalar nəticəsində ədalətsiz rəqabət faktları aşkarlanıb və inzibati icraat başladılıb.

Şirkətlərin yol verdiyi pozuntular

“Baku Electronics”

Şirkət “YOSHIRO” markalı məişət texnikasını reklam edərkən məhsulun guya Yaponiyada istehsal edildiyini iddia edən “Yapon ənənəsi”, “Yapon keyfiyyəti” kimi ifadələrdən istifadə edib. Halbuki məhsullar Çin və Özbəkistanda istehsal olunur. Bu, istehlakçıların aldadılması və rəqabət tələblərinin pozulması kimi qiymətləndirilib.

“ABC Telecom”

Şirkət “HOFFMANN” markalı isidiciləri alman istehsalı kimi təqdim edərək oxşar şəkildə istehlakçıları yanlış yönləndirib.

“Trust Lux”

“Y.A.Ş” brendi altında satılan santexnika məhsulları Türkiyə istehsalı kimi təqdim olunub, lakin faktiki istehsal ölkəsi Çindir. Türkiyə ilə assosiasiya yaradan vizual elementlərdən istifadə edilməsi də pozuntu hesab edilib.

Digər qanun pozuntuları

Pərviz Quliyev sosial şəbəkələrdə və fəaliyyət obyektində “ZAGAR BAKU” əmtəə nişanından qanunsuz istifadə edib.

Vüsal Qurbanov digər istehsalçıya məxsus “AUX” brendindən icazəsiz istifadə edərək “AUXs” adı ilə saxta kondisionerlər satışa çıxarıb. Məsələ materialları Baş Prokurorluğa göndərilib.

Dadaş Vəliyev süd məhsullarında “İvanovka” coğrafi göstəricisindən qanunsuz istifadə edib. “İvanovka” ekologiyası və keyfiyyəti ilə tanınan bir kənd olduğu üçün bu addım məhsulun süni şəkildə nüfuzunun artırılması kimi qiymətləndirilib.

Qurumun qərarı

Bütün subyektlərə pozuntuların aradan qaldırılması və təkrar hallarına yol verilməməsi barədə məcburi göstərişlər verilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Cəmiyyət
Dünən, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Cəmiyyət
Dünən, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
Dünən, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
Dünən, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Dünən, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Dünən, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Dünən, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Dünən, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Dünən, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Dünən, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

İdman
Dünən, 12:21

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib

Cəmiyyət
Dünən, 12:16

Sabah Azərbaycanda hava yağışlı olacaq

Kriminal
Dünən, 12:11

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Cəmiyyət
Dünən, 11:36

Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var

Cəmiyyət
Dünən, 11:29

Azərbaycan BƏƏ dövlət nazirinin BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib

Cəmiyyət
Dünən, 11:09

Naxçıvanda əsgərin ölümündə təqsirləndirilən həkimə hökm oxunub

Cəmiyyət
Dünən, 10:50

Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

Cəmiyyət
Dünən, 10:28

Azərbaycan Prezidenti: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

Cəmiyyət
Dünən, 10:15

Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

Cəmiyyət
Dünən, 09:33

Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub

Cəmiyyət
Dünən, 09:23

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi

İdman
Dünən, 09:10

Keyn 25 ildən sonra "Qızıl top"u İngiltərəyə qaytardı, Londondakı yubiley gecəsi isə İspaniya və "Barselona"nın zəfərinə çevrildi

Oxşar xəbərlər