top
Boşanmaq məcburiyyətindən qaldığını iddia edən Kukla Teatrının rejissoru yeni açıqlama verdi
13 noyabr 2025, 01:00
- +

Boşanmaq məcburiyyətindən qaldığını iddia edən Kukla Teatrının rejissoru yeni açıqlama verdi

Abdulla Şaiq adına Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin həyat yoldaşı rejissor Səidə Haqverdiyeva əri ilə eyni teatrda işləməsinə maneə yaradılması səbəbindəboşanmaq məcburiyyətində qaldığını bildirib.


Teleqraf.az xəbər verir ki, Səidə Haqverdiyeva bu məcburiyyətin meydana çıxmasında teatrın aktrisası Nərmin Əhmədovanı və Mədəniyyət Nazirliyində onu himayə edəşəxsləri günahlandırıb.


"Bunun nəticəsidir ki, Nərmin nəqliyyat şirkəti sahibi əri Əfsun Əhmədov və ona himayədarlıq, bir növ yuxarı dairələrdə, konkret olaraq Mədəniyyət Nazirliyində havadarlıq edən bir neçə məmurun dəstəyi sayəsində teatr rəhbərliyinə və birbaşa şəxsimə təzyiqlər və təhriklər edir" - deyə Səidə Haqverdiyeva qeyd edib.


Nərmin Əhmədova ilə aralarında olan çoxsaylı konflikt epizdolarından bəhs edən Səidə Haqverdiyevanın iddialarına görə, Nərmin Əhmədova sonda Mədəniyyət Nazirliyi qarşısında onun diplomunun nostrifikasiyadan keçmədiyi məsələsini qaldırıb:


"Qeyd edim ki, mən Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunda 2015-2020-ci illərdə bakalavr, 2020-22-ci illərdə isə magistraturada təhsil almışam. Magistratura pilləsinin son 6 ayında səhhətimlə əlaqədar təhsilimi dondurmalı oldum. Sonrakı gərgin iş qrafiki – tamaşalar, filmlər, tədbirlər səbəbindən düşündüm ki, hər iki diplomumu eyni vaxtda nostrifikasiya etdirim. Qəribə olsa da bu sadə prosesi bəzi səlahiyyət sahibləri əllərində rəhbər tutaraq həyat yoldaşım Rəşad Əhmədzadəyə “Səidənin ərizəsini alın, ikiniz bir yerdə işləyə bilməzsiniz” kimi absurd ittihamlar irəli sürürlər".


Səidə Haqverdiyeva Nərmin Əhmədovanı himayə edən və ona təzyiq göstərənlər arasında Mədəniyyət Nazirliyinin bir neçə əməkdaşının olduğunu qeyd edib, protokol sektorunun müdiri Allahşükür Zülfüqarlının, Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Teatr sektorunun müdiri Böyükxanım Talıbovanın adlarını da çəkib.


"Ümid edirəm ki, qarşılaşdığımız bu ağlasığmaz hərəkətlərin əsaslı cavabı olacaq. Ən azı xoşbəxt ailəmi dağıtmaqdan zövq alan, həyat yoldaşıma “Ya Səidə, ya da sən işdən çıxmalısınız” tələbini edən, “Səidə işdən çıxmasa onun ictimai nüfuzuna ləkə vurarıq” kimi ultimatumlardan çəkinməyən kiçik məmurlar əməllərinə son qoyacaqlar" - Dövlət Kukla Teatrının rejissoru Səidə Haqverdiyeva bildirib.


Qeyd edək ki, Abdulla Şaiq adına Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin həyat yoldaşı, rejissor Səidə Haqverdiyeva ötən güboşanmaq qərarı verdiyi açıqlamışdı.


"Həyat yoldaşımdan ayrılmaq üçün məhkəməyə müraciət etmişəm. On il idi evli idik. Amma beş ildir mənə və ailəmə təzyiq edən şəxslər var, onlarla mübarizə aparırıq. Həmin şəxslərin adını açıqlayacam", - deyə o bildirmişdi.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 10:25

"Netflix", "eBay" və "Anthropic" Azərbaycanda vergi uçotuna alınıb

Bütün Xəbərlər
Bu gün, 09:42

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

Bütün Xəbərlər
Bu gün, 09:22

Bu gün Tərtər, Ağdaş, Bərdə və Goranboyun, habelə Yasamalın bir sıra ərazilərində işıq olmayacaq

Bütün Xəbərlər
Bu gün, 08:40

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

Bütün Xəbərlər
22 avqust 2026, 17:22

"TikTok" üçün video çəkən zaman cərəyan vuran yeniyetmənin SON DURUMU AÇIQLANDI

Bütün Xəbərlər
22 avqust 2026, 15:52

Astarada dənizdə boğulduğu iddia edilən şəxsin hava yolu ilə ölkəni tərk etdiyi məlum olub

Bütün Xəbərlər
22 avqust 2026, 15:39

Oqtay Əmənullayev vəzifəsindən AZAD OLUNDU

Bütün Xəbərlər
22 avqust 2026, 15:33

Xalq artisti Şükufə Yusupovanın keçirdiyi ağıl yol qəzasının bəzi təfərrüatları məlum olub

Bütün Xəbərlər
22 avqust 2026, 14:31

Xalq artisti Şükufə Yusupova ağır yol qəzası keçirib, vəziyyəti ağırdır - YENİLƏNİB

Bütün Xəbərlər
22 avqust 2026, 12:35

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Bütün Xəbərlər
22 avqust 2026, 12:27

Ağstafada "TikTok" üçün video çəkən azyaşlını CƏRƏYAN VURDU

Bütün Xəbərlər
22 avqust 2026, 12:14

Bazar günü 40 dərəcə isti olacaq

Bütün Xəbərlər
22 avqust 2026, 11:40

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

Bütün Xəbərlər
22 avqust 2026, 11:39

Ötən gün qanunsuz saxlanan 15 silah, 2 qumbara aşkarlanıb

Bütün Xəbərlər
22 avqust 2026, 10:47

Əməkdar jurnalist Nurani vəfat edib

Bütün Xəbərlər
21 avqust 2026, 16:31

Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında müdafiə sahəsində Anlaşma Memorandumunu təsdiq edib

Bütün Xəbərlər
21 avqust 2026, 16:24

Azərbaycan və Türkmənistan arasında gömrük üzrə əməkdaşlıq protokolu təsdiqlənib

Bütün Xəbərlər
21 avqust 2026, 16:20

Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında iqtisadi əməkdaşlıq sazişini təsdiqləyib

Bütün Xəbərlər
21 avqust 2026, 13:53

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Bütün Xəbərlər
21 avqust 2026, 12:43

Bakıda 5 aylıq hamiləliyini sonlandıran qadın vəfat etdi

Bütün Xəbərlər
21 avqust 2026, 12:33

Vüsal Nəsirli ona yüksək vəzifə verdi

Bütün Xəbərlər
21 avqust 2026, 12:28

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Bütün Xəbərlər
21 avqust 2026, 09:55

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl göndəriləcək

Bütün Xəbərlər
21 avqust 2026, 09:48

Böyük Qayıdış: Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salınıb

Oxşar xəbərlər