Braziliya Embraer təyyarəsinin qara qutularının analizini tamamlanıb.
İnsanoid.com Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin məlumatları artıq Qazaxıstanın Aviasiya Qəzalarının Araşdırılması İdarəsinə göndərilib. Braziliyada aparılan analizlər aviasiya hadisəsi ilə bağlı yekun hesabatda dərc olunacaq.
Xatırladaq ki, təhqiqatın aparılması və onun yekun nəticələrinin açıqlanması Qazaxıstanın səlahiyyətindədir.