Sinan Akçıl Türkiyədə "Halloween"in qeyd olunmasına etiraz edib.
Akçılın sözlərindən sonra illər əvvəl Mayamidə təşkil edilən "Halloween" tədbirinə qatıldığı dövrə aid kostyumlu fotoları yenidən gündəmə gəlib.
Akçıl paylaşılan postda bu ifadələri işlədib: "Olmayan adətimiz və olmayan bayramımız olan "Halloween" bitdisə, cadular üzünü yuyub normal evlərinə qayıda, atalarına çay dəmləyib serial izləyə bilərlər".