Rusiyanın Çelyabinsk şəhərində 72 yaşlı təqaüdçü telefon fırıldaqçılarının tələsinə düşərək təxminən 33 milyon rubl (təxminən 690 min manat) vəsaitini itirib.
İnsanoid.com xairic KİV-ə istinadən xəbər verir ki, özünü sosial təminat, Mərkəzi Bank və hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edən şəxslər kişini dövlətə xəyanətdə ittiham edərək həbslə hədələyiblər.
Qorxu içində qalan təqaüdçü bir ay ərzində bankdakı əmanətlərini qızıl külçələrə çevirərək kuryerlərə təhvil verib, həmçinin avtomobilini sataraq və qızıllarını lombarda qoyaraq pul toplayıb.
Faktla bağlı fırıldaqçılıq maddəsi üzrə cinayət işi açılıb.