Tanınmış rusiyalı aktyor, teatr və kino sənətçisi Gennadi Xazanov Bakıya səfəri çərçivəsində Fəxri xiyabanı ziyarət edib.
İnsanoid.com xəbər verir ki, ziyarət zamanı Gennadi Xazanov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək onun əziz xatirəsini ehtiramla yad edib.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın və Azərbaycanın dünya şöhrətli opera və estrada müğənnisi, Xalq artisti Müslüm Maqomayevin məzarlarını ziyarət edib, onların xatirəsinə ehtiramını bildirib və məzarları önünə gül dəstələri qoyub.