Ermənistan parlamentində kütləvi dava: insident hakimiyyət tərəfdarı deputatla "Güclü Ermənistan" fraksiyasının rəhbəri arasında baş verən qarşıdurmadan sonra başlayıb.
İnsanoid.com xəbər verir ki, çıxışı zamanı hakimiyyət tərəfdarı deputat Tarон Çaxoyan müxalifətə qarşı sərt ifadələr işlədib. Bundan sonra onunla Narek Karapetyan arasında əvvəlcə şifahi mübahisə yaranıb, daha sonra bu mübahisə kütləvi davaya çevrilib.
Bununla belə, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan əvvəlcə fasilə elan etməkdən imtina edərək, "hamı bunu görməlidir" deyib. Lakin yumruqlar işə düşdükdən və deputatlardan biri yerə yıxıldıqdan sonra iclası dayandırmaq məcburiyyətində qalıblar.