Türkiyənin Trabzon şəhərində 29 Oktyabr Cümhuriyyət Bayramı münasibətilə təşkil edilən Qastronomiya Festivalı çərçivəsində sıradan kənar rekord reallaşıb.
İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir ki, festival meydanında toplaşan minlərlə insanın böyük maraqla izlədiyi tədbirdə məşhur şeflər ümumi çəkisi 1680 kiloqram olan nəhəngpendirli qarğıdalı sıyığı hazırlayıblar. Təşkil olunan şou zamanı mütəxəssislər tərəfindən hazırlanan sıyıqda istifadə edilən pendirin 9 metr uzadılması festivalın ən yaddaqalan anına çevrilib.
Böyük coşqu ilə qarşılanan rekord göstəricidən sonra hazırlanan təam festival iştirakçılarına paylanılıb.