top
Hikmət Hacıyev: Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik
Bu gün, 16:17
- ↺ +

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev amerikalı iqtisadçı Cefri Saksla müsahibəsində ölkənin bərpaolunan enerji potensialı, Avropa ilə əməkdaşlıq və Ermənistanla sülh prosesindən danışıb.

İnsanoid.com-un məlumatına əsasən, Hacıyev bildirib ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Azərbaycana son səfəri zamanı müzakirələrin mühüm hissəsi Xəzər dənizinin sahillərindən Avropanın enerji sisteminə uzanacaq yaşıl enerji dəhlizinə həsr olunub. Onun sözlərinə görə, Azərbaycan yaxın bir neçə ildə bərpaolunan enerji mənbələri hesabına əlavə 2 giqavat, sonrakı illərdə isə daha 8 giqavat elektrik enerjisi ixrac etmək potensialına malik olacaq.

Prezidentin köməkçisi yaşıl enerjinin Ermənistanla sülh quruculuğunun da tərkib hissəsinə çevrilə biləcəyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan artıq regionda ayırıcı xətlər və divarlar qurmaq deyil, sülh yaratmaq və iqtisadi əlaqələri genişləndirmək istəyir.

"Biz regionu böyük güclərin döyüş meydanından böyük güclər üçün bazara çevirmək istəyirik. Tərəfdaşlarımıza sübut etmişik ki, ticarət aparmaq müharibə etməkdən daha yaxşıdır", – deyə Hacıyev bildirib.

O, 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"ni buna nümunə göstərib. Hacıyevin sözlərinə görə, həmin layihəyə ABŞ, Avropa, Türkiyə, ərəb ölkələri və hətta İran şirkətləri dəvət olunub.

Ermənistanla münasibətlərə toxunan Hacıyev bildirib ki, Azərbaycan rəhbərliyi qonşu ölkəyə sülh əlini uzadaraq iki seçimdən – əbədi müharibə və əbədi sülhdən ikincisini seçib. Onun fikrincə, məqsəd Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməkdir.

Hacıyev əlavə edib ki, söhbət yalnız kağız üzərində sülh bəyanatından getmir. Azərbaycan uzunmüddətli sabitliyi təmin edəcək, gələcək nəsillər üçün dayanıqlı təhlükəsizlik arxitekturası qurmağa çalışır.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Bu gün, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Cəmiyyət
Bu gün, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Bu gün, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Bu gün, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Bu gün, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Bu gün, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Bu gün, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Bu gün, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Bu gün, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Bu gün, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
Dünən, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
Dünən, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
Dünən, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
Dünən, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
Dünən, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
Dünən, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
Dünən, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
Dünən, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
Dünən, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
Dünən, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Cəmiyyət
Dünən, 11:10

Ermənistan parlamentində kütləvi dava baş verib - VİDEO

Oxşar xəbərlər