Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üç vəzifəli şəxsi sahibkarlardan vergi yoxlamalarının keçirilməməsi, cərimələrin tətbiq olunmaması və digər güzəştlər müqabilində ümumilikdə 200 min manat rüşvət almaqda ittiham olunur.
İnsanoid.com Baş Prokurorluğa istinadən xəbər verir ki, Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin rəis müavini Eldəniz Əhmədov, Sahə təhkimçiliyi idarəsinin rəis müavini Rüstəm Mirzəyev və həmin idarənin 4-cü şöbəsinin rəisi Kənan Məmmədov 2026-cı ilin may ayında paytaxtdakı ticarət mərkəzlərindən birində fəaliyyət göstərən sahibkarlardan pul alıblar.
Onlara qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma maddəsi ilə ittiham elan edilib. Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.