Hind kino ulduzu Amitabx Baççan Mumbaydakı "Jalsa" adlı rezidensiyasının qarşısında hər həftənin bazar günü azarkeşləri ilə görüşmək ənənəsini davam etdirir.
Bu barədə İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir.
Lakin son zamanlar aldığı təhlükəsizlik xəbərdarlıqları və bomba təhdidləri fonunda təhlükəsizlik tədbirləri sərtləşdirilib.
Son görüşlərin birində aktyor pərəstişkarlarının qarşısına şəffaf, gülləkeçirməz şüşə kabinənin içərisində çıxaraq onları salamlayıb. Görüş zamanı təhlükəsizlik xidməti ilə yanaşı, oğlu Abxişek Baççan da atasının yanında olaraq təhlükəsizlik prosesinə nəzarət edib.