Kriptovalyuta analitiki ZachXBT-nin iddiasına görə, "Binance" birjasından 6 milyard dollardan çox vəsaitin oğurlanması şirkət əməkdaşının Şimali Koreya kəşfiyyatının agenti olduğu ehtimal edilən qadınla münasibəti nəticəsində baş verib.
İnsanoid.com xəbər verir ki, analitikin məlumatına əsasən, birjanın mühəndisi həmin qadınla görüşüb. Hücum günü isə kişi noutbukunu nəzarətsiz qoyub və bundan onun sevgilisi istifadə edib.
Nəticədə hakerlərin 6 milyard dollardan çox vəsait ələ keçirdiyi iddia olunur. Bu məbləğ Şimali Koreyanın ümumi daxili məhsulunun təxminən dörddə birinə bərabərdir.