Sankt-Peterburq "Zenit" klubunun və Braziliya milli komandasının keçmiş futbolçusu Hulk (əsl adı Jivanildu Vieira de Souza) sevgilisi Kamila Anjelo ilə təntənəli toy mərasimi keçirməyi planlaşdırır. Cütlük 2020-ci ildə rəsmi nikaha daxil olub.
İnsanoid.com Xarici KİV-lərə istinadən xəbər verir ki, toy mərasimi Braziliyanın şərqində yerləşən Paraiba ştatının sahilində, çimərlikdə keçiriləcək.
Xatırladaq ki, Hulk 2019-cu ildə 12 illik evlilikdən sonra həyat yoldaşı İran Anjelo ilə yollarını ayırıb. Daha sonra futbolçu onun bacısı qızı Kamila ilə münasibətə başlayıb. Hulkun keçmiş həyat yoldaşından üç övladı var.
Hulk 2012-2016-cı illərdə Sankt-Peterburq "Zenit" klubunda çıxış edib və bu müddət ərzində Rusiya çempionu olub.