Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Oktyabr küçəsində naməlum avtomobil qəzası nəticəsində qaz xətti yararsız hala düşüb.
İnsanoid.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, nəticədə 14 dekabr saat 02:11-dan etibarən qaz təchizatı dayandırılıb:
“Qaz təchizatı dayandırılan müddətdə 400 istehlakçının qaz təchizatında fasilə yaranıb. Hazırda təmir-bərpa işləri aparılır”.