30 noyabr 2021-ci ildə saat 10:40 radələrində Xızı rayonunun “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri qəzaya uğrayıb. Hadisə “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı pilotların idarəetmədə yol verdikləri səhvlər nəticəsində baş verib.
Qəzada 14 nəfər şəhid olub, 2 nəfər yaralanıb. Həlak olanlar sırasında 5 mayor, 3 kapitan, tibb xidməti kapitanı, leytenant, baş leytenant, təqaüddə olan polkovnik, polkovnik, polkovnik-leytenant olub. Onlar İkinci Şəhidlər xiyabanında dəfn ediliblər.