Bu gün Lökbatanın qaz təchizatında fasilə yaranacaq. Bu barədə 20 sentyabr tarixində “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
"Lökbatan” QPS-də (Qaz Paylayıcı Stansiya) və “Lökbatan” QTM-də (Qaz Tənzimləyici Məntəqə - red.) görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 20 sentyabr saat 09:30-dan işlər başa çatanadək adıçəkilən QPS-dən qaz təchizatı dayandırılacaq.
Təmir aparılan müddətdə Qaradağ rayonunun Lökbatan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.