Cənubi Koreya prezidenti Yoon Suk Yeol qısa müddətli hərbi vəziyyətin tətbiqi cəhdindən sonra impiçment və ya dövlətə xəyanət ittihamı ilə üzləşib.
"Yonhap" İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkənin əsas müxalifət partiyası qərar qəbul edib.
Qeyd edək ki, ötən gün Yoon Suk Yol ölkədə yaranmış gərgin hərbi-siyasi vəziyyət fonunda hərbi vəziyyət elan edib. Bu qərar müxalifətin və xalqın təzyiqləri nəticəsində ləğv olunub.