Çin astronavtları orbitdəki kosmik stansiyalarının xaricində açıq kosmosda qalma müddətinə görə yeni dünya rekordu müəyyən ediblər.
İnsanoid.com Çin mətbuatına istinadən xəbər verir ki, onlar açıq kosmosda 9 saat 6 dəqiqə vaxt keçirərək tarixi nailiyyətə imza atıblar.
Əvvəlki rekord 23 il ərzində dəyişməz qalıb. Bu rekord 2001-ci ilin martında NASA astronavtları Ceyms Voss və Süzan Helms tərəfindən 8 saat 56 dəqiqə ilə müəyyən edilib.
Çin astronavtlarının bu nailiyyəti, ölkənin kosmosdakı texnoloji irəliləyişlərinin növbəti sübutu kimi qiymətləndirilir. Missiyanın məqsədləri arasında texniki təmir, yeni avadanlıqların quraşdırılması və elmi tədqiqat işlərinin aparılması yer alıb.
![]()