Avstriyada "Coca-Cola" 26 milyon butulkanı metal fraqmentləri şübhəsi ilə geri çağırır.
İnsanoid.com Avstriya mətbuatına istinadən xəbər verir ki, Avstriyada Coca-Cola şirkəti 26 milyon butulkanı istehlakçılar üçün potensial təhlükə yaradan metal fraqmentlərinin olması şübhəsi ilə geri çağırır.
Bu addım, şirkətin məhsullarının keyfiyyət və təhlükəsizlik standartlarına uyğun olaraq həyata keçirilir. Hal-hazırda istehlakçılara butulkaları istifadə etməmək tövsiyə edilir və onların geri qaytarılması üçün tədbirlər görülür.