Partlayışda yanıq xəsarəti alan şəxsin vəziyyəti orta ağırdır.
Bu barədə Gencexeber.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
“1972-ci il təvəllüdlü şəxs (kişi cinsli) 24.10.2024-cü il tarixində saat 05:40 radələrində yanıq xəsarətləri ilə Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə bədən səthinin 30-39 faiz sahəsinin termiki yanığı, tənəffüs yollarının dəqiqləşdirilməmiş lokalizasiyalı termiki yanığı diaqnozu ilə hospitalizasiya olunub.
Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır”, – məlumatda bildirilib.
Nəzrin Vahid
08:56
Daşkəsəndə mənzildə qaz partlayıb.
APA-nın məlumatına görə hadisə Daşkəsən şəhərinin M.Əsədov küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.
Belə ki, sözügedən ünvada yerləşən 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində partlayış olub.
Nəticədə ev sahibi 52 yaşlı Nadir Sadıqov yanıq xəsarətləri alıb. O xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə partlayışa qaz sızması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.