top
Direktor və müəllimlərin əlavə YAZI YÜKÜ – Onlar bu işlərə görə ÖDƏNİŞ tələb edə bilərlərmi?
15 dekabr 2024, 03:21
- ↺ +

Direktor və müəllimlərin əlavə YAZI YÜKÜ – Onlar bu işlərə görə ÖDƏNİŞ tələb edə bilərlərmi?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məktəb direktorları və müəllimlər əlavə yazılar, qeydlər aparmaları ilə bağlı yüklənmələrdən narazıdırlar. Onlar bildirirlər ki, elektron jurnallar, gündəlik plan, eləcə də, KSQ və BSQ ilə bağlı yazılar yazmaq, qeydlər aparmaq onların vaxtını çox alır. Müəllimlər deyirlər ki, bu yazılara həsr etdikləri zamanı şagirdlərə faydalı olacaq məlumatlar əldə etməyə sərf etsələr, daha doğru olar.

Bəs, onların bu əlavə yükünü necə azaltmaq olar? Tədris prosesini uzun-uzadı vaxt alan yazılarsız həyata keçirmək olmazmı?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə son 6-7 ildir ki, tədris proqramları ilə bağlı müəllimlərin müvafiq qeydlər aparmaları, həm sinif jurnalı, həm elektron jurnal işləmələri, həm də summativ qiymətləndirilmə ilə bağlı yazı işləri artıb:

“Ona görə də məktəb direktorları və müəllimlərin bir çoxu bundan narazıdır:

“Düşünürəm ki, bu, haqlı narazılıqdır. Çünki müəllim 45 dəqiqə ərzində sinifdəki minimum 25, maksimum 40 şagirdin bilik və bacarıqlarını yoxlamalı və onlara yeni dərsi izah etməli, eyni zamanda əlavə yazı-pozulara vaxt ayırmalıdır. Düşünürəm, Təhsil Nazirliyi, o cümlədən, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məhz bu amilləri nəzərə alıb müəllimlərin belə yazı-pozu işlərini azaltmalıdır. Burda çalışmaq lazımdır ki, təhsilverənlər öhdəliklərindəki 45 dəqiqəni şagirdlərin bilik və bacarıqlarına sərf etsinlər”.

Digər təhsil eksperti Elşən Qafarov isə bunun normal olduğu qənaətindədir:

“Bir çox hallarda bəzi müəllimlər və məktəb rəhbərləri istər şəxsi söhbətlərdə, istər sosial şəbəkədə belə fikirlər bildirirlər. Əlavə yazılarla yüklənmələri ilə bağlı narazılıq edirlər. Burada əsas şərt onların öz vəzifələri ilə bağlı olan sənədləşmə işinin aparılmasından gedir. Bu əlavə iş deyil, onların vəzifələrinin bir hissəsidir. İndiyədək bu vəzifələr onlardan tələb olunmayıb, indi olunursa, bu, o demək deyil ki, əlavə işdir. İstənilən halda əmək münasibətləri əmək qanununvericiliyi ilə tənzimlənir. Əmək Məcəlləsinin 9-cu maddəsində işçilərin hüquqları göstərilir. Onlar həmin müqavilədə göstərilməyən əmək funksiyalarının yerinə yetirilməsindən imtina edə bilərlər. Yaxud da əlavə işlərə görə ödəniş tələb edə bilərlər.

Amma hazırkı vəziyyətdə, təhsil islahatlarının getdiyi dövrdə istər müəllimlər, istər digər rəhbər işçilərdən özlərinin vəzifə funksiyalarını yerinə yetirməsi ilə bağlı hesabatlar, sənədlər tələb olunursa, bu, ümumutəhsildə, eləcə də, ümumtəhsilin idarə olunmasında hesabatlıq prinsipinin həyata keçirilməsi deməkdir. Yəni qanundankənar heç bir iş, heç bir sənəd müəllimdən, məktəbdən tələb oluna bilməz və olunmur da...”

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Dünən, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Dünən, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Dünən, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Dünən, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Dünən, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Dünən, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Dünən, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Dünən, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Yerli xəbərlər
Dünən, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Yerli xəbərlər
Dünən, 11:14

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat olacaq

Yerli xəbərlər
Dünən, 10:25

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

Yerli xəbərlər
Dünən, 09:57

Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! - Video

Yerli xəbərlər
Dünən, 09:47

Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

Yerli xəbərlər
Dünən, 09:21

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Yerli xəbərlər
03 noyabr 2026, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
03 noyabr 2026, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Oxşar xəbərlər