Avstraliyada dünyanın ən yaşlı rəqqasəsi Eylin Stellar Kramer 110 yaşında dünyasını dəyişib.
Bu barədə "ABC News" xəbər verir.
Kramer hələ 1930-cu illərin sonunda baletlə məşğul olmağa başlayıb. Və o vaxtdan bəri bu peşəni tərk etməyib. O, Avstraliyada çıxış edib, həmçinin bütün dünya üzrə qastrol səfərləri həyata keçirib.
Balerina 99 yaşında doğma vətəni Sidneyə qayıdıb. O vaxta qədər Eylin Stellar Kramer artıq 20 il ərzində xəstə ərinə qulluq edib və buna görə də rəqslərə ara verib. Lakin sonra yenidən sevdiyi peşəsi ilə məşğul olmağa başlayıb. 103 yaşı olanda o, "Buddanın arvadı"nı səhnələşdirib və tamaşada 17 yaşlı şahzadə rolunu oynayıb.
[gallery link="file" columns="1" size="full" ids="205059"]