Erməni müxalifəti kütləvi itaətsizlik aksiyalarının başladığını elan edib. Bu barədə 21 sentyabr tarixində AZfront Telegram kanalı məlumat verib.
“Biz kütləvi itaətsizlik aksiyalarına başlayırıq ki, bu aksiyalara təkcə İrəvan deyil, regionların sakinləri də qoşulmalıdırlar. Məsələ burada həll olunmalıdır”, – deyə Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan İrəvanda hökumət əleyhinə mitinqdə bildirib.
O, hər kəsi mitinqdən sonra şəhərin müxtəlif istiqamətlərində bir neçə dəstə təşkil olunacaq yürüşə qoşulmağa çağırıb.