Ötən sutka ərzində 29 yanğına çıxış olub. Bu barədə 29 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 8 nəfər, o cümlədən avtonəqliyyat qəzalarında 4 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Həmçinin 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.