Ötən sutka ərzində 26 yanğına çıxış olub. Bu barədə 25 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib.