Gürcüstanın Mərkəzi Seçki Komissiyasının iclası zamanı sədrin üzünə qara boya atıblar.
İnsanoid.com Gürcüstan mediasına istinadən xəbər verir ki, Kalandarışviliyə ilkin tibbi yardım göstərildikdən sonra iclas davam edib. MSK üzvü, müxalifətçi David Kirtadze Kalandarışvilinin üzərinə qara boya tökdüyü üçün Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.
MSK-nın yaxın zamanda parlament seçkilərinin nəticələrini təsdiqləyən yekun protokolu imzalayaraq son qərarını verməsi gözlənilir.