18 yaşlı hindistanlı qrossmeyster Dommaraju Gukeş şahmat üzrə dünya çempionu olub.
İnsanoid.com xəbər verir ki, o, Sinqapurda keçirilən 14 oyunluq matçın sonuncu qarşılaşmasında çinli Dinq Liren üzərində qələbə qazanaraq ümumi hesabda 7,5:6,5 üstünlük əldə edib.
Həlledici partiyada qara fiqurlarla oynayan Gukeş, 58-ci gedişdə rəqibini məğlub edib. Beləliklə, o, Vişvanatan Ananddan sonra şahmat üzrə ikinci hindistanlı dünya çempionu olub. Eyni zamanda, Gukeş ən gənc dünya çempionu kimi şahmat tarixinə düşüb.
Qələbəsindən sonra Gukeş bildirib: "Uşaqlıqdan bu anı yaşamağı arzulamışam. Hər bir şahmatçı bu hissi dadmaq istəyir, lakin çox azı buna nail olur. Mən arzumun reallaşmasını yaşayıram."
Qeyd edək ki, Dinq Liren 2023-cü ildə dünya çempionu olub və Çinin ilk şahmat üzrə dünya çempionu kimi tarixə düşüb. Lakin son matçda etdiyi səhv onun titulunu itirməsinə səbəb olub.